Bu axşam Zeynəb Xanlarovaya Türkiyədən sürpriz olacaq

Azərin yeni klipini ilk dəfə türk telekanalından təqdim edəcək

Azərbaycanın əməkdar artsti Azərin bu gün axşam TRT AVAZ telekanalınıda fərqli bir proqramla tamaşaçı qarşısına çıxacaq. ANS PRESS-in məlumatına görə, Azərinin budəfəki proqramında maraqlı sürprizlər təqdim olunacaq. Azərbaycan sənətçisi bu dəfə də Türkiyə səhnəsini yerindən oynadacaq. Azərin yeni klipini ilk dəfə türk telekanalından təqdim edəcək.

Əməkdar artistin türk telekanalından təqdim edəcəyi klip dövlət başçımızın ad günü üçün xüsusi hazırlanıb. Klipin təqdimatı "Azərinlə bir avaz" proqramında bu axşam gerçəkləşəcək. Bundan əlavə dekabrın 28-də Azərbaycanın korifey sənətkarı, səhnəmizin canlı əfsanəsi Zeynəb Xanlarovanın ad günüdür. Azərin Azərbaycan səhnəsinin canlı əfsanəsinin doğum günü ilə bağlı özəl sürpriz hazırlayıb. Azərin Zeynəb Xanlarovanı Türkiyədən təbrik edəcək.

Qeyd edək ki, bu dəfə Azərbaycanlı müğənninin qonaqları TRT AVAZ-da Azərbaycan dilində "Xəbərlər" blokunun aparıcısı Saleh Bağırov, Türkmənistandan Gözəl Ovezova, Makedoniyadan isə Viktoriya Loba olacaq. Azərin bu dəfə sürprizlərlə dolu gecə vəd edir. Müğənni bizimlə söhbətində qeyd edib ki, budəfəki verilişi rəngarəngliyi ilə fərqlənəcək. Azərin bu dəfə makedon dilində maraqlı bir mahnı oxuyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31