Mətanət İskəndərli: "Zəhləm gedir..."

Müğənni Mətanət İskəndərli Azərbaycanı tərk etməsi barədə şayiələrə aydınlıq gətirib

Milli.Az Day.Az  saytına istinadən bildirir ki, Space telekanalının "Plus-Minus" verilişinə açıqlamasında İskəndərli bu şayiələri yalanlayıb:
"Bu şayiələrdən elə zəhləm gedir, xüsusilə də kiminsə Azərbaycanı tərk etməyi barədə yayılanları. Bunu ancaq bekar adamlar fikirləşib tapa bilərlər. Nəyə görə buradan getməliyəm? Xahiş edirəm, mənim haqqımda yalan söhbətlər yaymasınlar. Haqqımda danışılanların hamısı yalandır".M.İskəndərli həmçinin qızının nişanı qaytarması barədə sualı da cavablayıb. Bildirib ki, hər kəsin həyatında belə anlar olur, amma indi hər şey qaydasındadır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31