Azərbaycanlı müğənni Tarkandan nə istəyir?
Humay Qədimova duet oxumaq arzusundadır
24 Dekabr 2012 05:41 Mədəniyyət.Milli.Az Day.Az saytına istinadən bildirir ki, tarzən Humay Qədimova Space telekanalının "Plus-minus" verilişinə bildirib ki, Türkiyənin meqastarı Tarkanla duet oxumaq istəyir:
"Həmkarlarımın məsləhəti ilə mən də oxumaq qərarına gəldim. Amma peşəkar səviyyədə. Buna görə də vokal dərsləri alıram. Çoxları bilirlər ki, müxtəlif konsertlərdə Tarkanı, Rafet El-Romanı, Sərdar Ortacı və Alişanı müşayiət etmişəm, odur ki, onlarla tanışam. Tarkanla birgə layihə hazırlamağı, onunla duet oxumağı planlaşdırıram. Bu planları tezliklə gerçəkləşdirmək istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31