Hürrem Sultanın sirri açıldı (FOTO)

Meryem Üzerlinin Hamburqda böyük eşq macərası yaşadığı bildirilir

Türkiyənin baxımlı "Muhteşem Yüzyıl" serialında "Hürrem Sultan" roluyla məşhurlaşan Meryem Üzerlinin sirri üzə çıxıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Meryem Üzerlinin Almaniyanın Hamburq şəhərində yaşadığı dövrdə böyük eşq macərası yaşadığı açıqlanıb.M. Üzerli onun istedadını ilk dəfə kəşf edən və karyerasında ən böyük rolunu verən teatr rəhbəri Telat Yurtsevənlə sevişdiyi bildirilir. Onarın evlənmək istədikləri və nişanlandıqları da yayılan şayiələr arasındır.Hamburqda yaşayan türk zərgər bu iki nəfərə üzərlərində adları yazılmış nişan üzükləri satdığını da iddia edir. "Üzükləri onlara verərkən xoşbəxt olun söylədim. Sonradan ayrıldıqlarını eşidəndə çox pis oldum", - deyə zərgər bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31