r "Muhteşem yüzyıl"a şok keçid: Yaxşı Cazibe Hürrəmə qarşı...
23 Dekabr 2012 22:55 MədəniyyətTürkiyənin ən populyar serialı olan "Muhteşem yüzyıl" serialı ilə bağlı müzakirələr və mübahisələr davam edərkən serialı çəkən "TİMS Production" studiyasının yeni qərarı heyrətlə qarşılanıb.Milli.Az DHA-ya istinadən bildirir ki, serialın prodüseri Timur Savcının qərarı ilə "Yahşi Cazibe" filmində baş rolu, azərbaycanlı Cazibə rolunu oynamış Aslihan Gürbüz bundan sonra "Mühteşem yüzyıl"da çalışacaq.A.Gürbüz serialda sultan Qanuni Süleymanın bacısı Şah Sultan rolunu oynayacaq.Bu arada serialda Şah Sultanın bacısı Esmahan Sultan roluna da aktrisa axtarılır.
Serialın pərəstişkarları Gürbüzün seçimini çox sərt tənqid ediblər. Onların dediklərinə görə, "Yahşi Cazibe" serialının finalında oynamaqdan boyun qaçıraraq çəkiliş qrupunu pis vəziyyətdə qoyan aktrisa eyni hərəkəti "Muhteşem yüzyıl"da da təkrarlaya bilər.