Alim Qasımov Torontoda çıxış edib

Dekabrın 21-də Kanadanın Toronto şəhərində beynəlxalq muğam festivalı çərçivəsində dünya şöhrətli musiqiçi Alim Qasımovun "Sama-e Rast Muğam rəqsi" adlı konserti olub. Sözügedən festival Kanadada qışın gəlişi və 21 dekabrda dünyanın maraqla gözlədiyi "Planetlərin paradı" hadisəsi münasibətilə təşkil edilib.
Xalq artisti konsertdə tanınmış rəqqas, Güney Azərbaycandan olan Saşar Zariflə birgə şou təqdim edəcək. Konsertdə 70 yaşlı rəqqas, Mimi Beikin də çıxışı olacaq.
Festival Kanadanın və Ontario əyalətinin incəsənət şuraları, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Festivalın məqsədi Azərbaycanın zəngin muğam ənənələrini Kanadada təbliğ etməkdir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31