Müğənni şou-biznesdə kimi döymək istəyir?

Azərbaycan estradasının tanınmış müğənnisi Elçin Hüseynov yeniliklərindən və şou-biznes aləmindən danışıb. O, 2013-cü ildə tamaşaçılarına yaradıcılığında surprizlər edəcəyinə dair söz verib. Telekanalların birində açıqlama verən Elçin səbirsiz olduğunu da xüsusi ilə diqqətə çatdırıb: "2013 -cü ildə bir çox yeniliklərim olacaq. Yeni diskim və klipim işiq üzü görəcək. Onu da nəzərinizə çatdırım ki, şou-biznesdə bəzi müğənnilərin etmədiklərini mən həyata keçirmişəm. Etiraf edim ki, bir müddət öncə yaradıcılıq baxımından daha çox aktiv idim. İndi isə sanki yorulmuşam və ya yeni mövzu yoxdur. Bir şeyi də vurğulayım ki, şou - biznesdə bəzi insanlar var ki, bura onların yeri deyil. Nədənsə bura gəlib düşüblər. Səbirsiz insan olduğum üçün də onlara fikir vermirəm. Əgər onlara baş qoşsam, axırı yaxşı qurtarmaz".

İfaçı şəxsi həyatından danışaraq övladlarından da söz açıb: "Hər zaman söyləyirdim ki, mənim qızım olmasın. Ancaq indi isə düşünürəm ki, çox səhv fikirdə olmuşam. Çünki hazırda 2 qızım və yenicə dünyaya gələn oğlum var. Amma qızlarımı oğlumdan çox istəyirəm. Böyük qızımın adı Raya, balacasının adı isə Röyadır. Böyük qızım artıq oxumaq eşqinə düşüb. Onu deyim ki, övladlarımın hansınınsa səsi ola bilər. Amma onlar heç vaxt şou-biznes aləminə qatıla bilməzlər. Çünki bu sənət çox çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31