Dünyanın sonu: 6-cı mərtəbəyə piyada qalxmaq və şamlı sürprizlə üz-üzə

Azərbaycanın hansı xalq artisti fərqli sürprizlə üz-üzə qaldı?

Milli.Az xəbər verir ki, bu dəqiqələrdə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycanın ən gənc xalq artisti, 100% F.A., cənab qızıl şlyager Faiq Ağayev 27, 28, 29, 30 dekabrda Heydər Əliyev Sarayında verəcəyi 4 günlük "Vida" konsertlərində təqdim edəcəyi sürprizlərin detallarını açıqlamaq üçün KİV nümayəndələri ilə görüş keçirir.21 dekabr qorxusu yaşayan jurnalistlər BMM-də liftin işləməməsi səbəbindən 6-cı mərtəbəyə piyada qalxdılar. Faiq Ağayevin özü də bu addımı atmaqdan sığortalanmadı. "Allahın hər gününə şükür edib, qarşımıza çıxan maneələrə sinə gərməyi bacarmalıyıq", - deyən estrada ulduzu hər zaman olduğu müsbətləri ilə danışmağa başladı. Tamaşaçılara 4 günlük unudulmaz şou vəd verən Ağayev çox keçmədi ki, özü sürprizlə qarşılaşdı.
"Vida"nın informasiya dəstəyini gerçəkləşdirən Milli.Az əməkdaşları bir neçə gün öncə tanınmış dizayner İboya "Dünyanın sonu"na özəl gün kimi hazırlaşan xalq artisti üçün maraqlı hədiyyə hazırlamaq ideyasını verdi.
Səsimizə səs verən İbo da fantaziyasını işə salıb çox fərqli şam və özəlliyi ilə şamdan geri qalmayan şamdanı fosfor və muncuqlarla bəzədi, üstünə "100% F.A." yazdı. Onu da deyək ki, bu, dizaynerin Faiq Ağayevə etdiyi ilk sürprizdir. Müğənni sürprizdən çox məmnun qaldı.
Bir də düşünsəniz ki, İbonun ötən gün tamamladığı hədiyyə gözlənilmədən sınıb və o, ikinci dəfə yuxusuna haram qatıb "şamlı sürpriz" üzərində əziyyət çəkib, fikrimizcə, onu dəyərini izah etməyə lüzum yoxdur.

Bir neçə dəqiqədən sonra fotolarda həmin sürprizi özünüz də görəcəksiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31