Eldar və Nigar Albaniyanın “Eurovision-2013” milli finalında çıxış edəcəklər

Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər. Trend-in məlumatına görə, bu ölkəyə səfər Albaniyanın "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi məqsədi ilə baş tutur. Onlar dekabrın 22-də keçiriləcək milli finalda qonaq qismində çıxış edəcəklər.
Albaniyanın "Eurovision-2013"-lə bağlı milli finalında Eldar və Nigar cütlüyü qalib mahnı "Running Scared"i, eyni zamanda yeni bir duetlə çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31