Reper uzun fasilədən sonra 5-ci albomla musiqi dünyasına geri dönürqayıdır

Reper uzun fasilədən sonra 5-ci albomla musiqi dünyasına geri dönür

Tanınmış amerikalı reper 50 Cent yeni albomu ilə hip-hop aləmini silkələməyə hazırlaşır. 37 yaşlı reper əvvəlki kimi məşhur olmadığını, lakin 5-ci studiya albomu ilə öz əvvəlki şöhrətini qaytaracağını deyir.

"Yeni albomum fevralın 26-da işıq üzü görəcək. Albom "Street King Immortal", yəni "Küçələrin Ölməz Kralı" adlanır. Çox həyəcanlıyam. Düşünürəm ki, insanlar bu layihəmi də keçmişdə gördüyüm yaxşı işlərlə müqayisə edəcəklər və əla olduğunu başa düşəcəklər", - deyə 50 Cent bildirib.

Qeyd edək ki, 50 Cent-in yeni albomundan sinqllar artıq sevilməyə başlayıb. Onun "Maroon 5" qrupu və reper Eminemlə birlikdə yazdırdığı "My Life" adlı sinqlı nüfuzlu "Billboard 100" çartında 27-ci pillədə qərarlaşıb. Qeyd edək ki, əsl adı Körtis Cekson olan reper uzun müddət musiqi fəaliyyətindən uzaqlaşaraq, bizneslə məşğul idi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31