Könül Kərimova: “Mənim ifamdan sonra “Aləm gözəl” dəbə düşdü” VIDEO
21 Dekabr 2012 11:41 MədəniyyətƏməkdar artist Könül Kərimova növbəti dəfə müğənni Ramal İsrafilov ilə duet oxumaq niyyətindədir. Lent.az-a açıqlama verən xanım müğənni bildirib ki, növbəti işbirliyinin də uğurlu olacağına inanır: " Mən öncə Ramalla "Aləm gözəl" mahnısını ifa etdim. Bizim ifamızdan sonra mahnı bu qədər söz-söhbətə səbəb oldu. Deyə bilmərəm, bu mahnını hansı müğənni yaxşı oxuyub, amma mənim ifamdan sonra mahnı dəbə düşdü. İndi isə Ramalın yeni bəstəsi olan "Dünya Gözəl" mahnısını duet oxumaq barəsində düşünürük. Mənə elə gəlir ki, bizim ifamızdan sonra bu mahnı da "Aləm gözəl" qədər seviləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31