Eldar Qasımov və Nigar Camaldan xəbər var

Eldar və Nigar hansı ölkənin “Eurovision 2013” təmsilçisinin seçilməsi ilə bağlı milli finala qatılacaq?

Milli.Az-ın məlumatına görə, Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər. Müsabiqə qaliblərinin bu ölkəyə səfəri Albaniyanın "Eurovision 2013" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi məqsədi ilə dekabrın 22-də keçiriləcək milli finalda qonaq qismində iştirak etməkdir.
Eldar Qasımov deyib ki, onlar Nigar Camalla birgə sabah, yəni dekabrın 21-də bu ölkəyə gedəcəklər. Albaniyanın "Eurovision 2013"lə bağlı milli finalında Eldar və Nigar cütlüyü qalib mahnı "Running Scared"i ifa edəcək, eyni zamanda yeni bir duetlə çıxış edəcəklər.
Onu da öyrəndik ki, "Eurovision 2012"dəki təmsilçisinin final seçiminə dəvət olunan qalib duet, gərgin iş qrafiki səbəbindən bu səfəri reallaşdıra bilməmişdi. Bu il yenidən ölkənin milli finalına dəvət alan Ell&Nikki, bu dəfə bu təklifi gerçəkləşdirmək qərarını veriblər.

Eldar və Nigarın qatılacağı milli finalda Albaniyanın "Eurovision 2013" mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31