Rəhim Rəhimliyə evlilik təklifi gəldi VIDEO

Müğənni çaşqınlıq içindədir

Ekstravaqant bəstəkar-müğənni Rəhim Rəhimli yenidən seçilməyi bacardı. Belə ki, o, xanımlardan aldığı çox saylı evlilik təkliflərini mahnıya çevirdi. Bunu həyata keçirmək isə şairə Alovlu Ülviyyənin payına düşdü: "Mahnının musiqisi çox ritmik və xoş əhval ruhiyyəli olduğu üçün mən də mahnıya məzəli sözlər yazdım. Dostum Rəhimin çox saylı qız pərəstişkarlarını görüb Rəhimə məhz bu mövzuda sözlər yazmaq istədiyimi dedim. O da bu fikrimi çox bəyəndi. Ümid edirəm ki, dinləyicilər də bəyənəcək" - deyə, şairə açıqlama verdi. Qeyd edək ki, Rəhim Rəhimli və Alovlu Ülviyyə tandemi bir çox məşhurlar üçün mahnılar yazsa da, məhz Rəhimin öz repertuarı üçün bu, şairənin ilk işi oldu. Musiqisi Rəhim Rəhimlinin özünə, sözləri Alovlu Ülviyyəyə aid "Ay, ay, ay" mahnısını ilk olaraq sizə təqdim edirik:  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31