“Möhtəşəm yüz il”in aktyorları Baş nazirin serialın efirdən qaldırılma fikri ilə razılaşmır

Türkiyənin qalmaqallı serialı "Möhtəşəm yüzil"də Qanuni Süleyman rolunu oynayan aktyor Halit Ergenç son hadisələrə öz fikrini bildirib. "Azadinform" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor belə olan halda bir çox insanın işsiz qalacağını deyib: "Mən heç bir serialın efirdən qaldırılmasını istəmərəm. Ən azından bu bir işdir və bundan çörək pulu qazanan bir çox insan var". Rəcəb Tayyip Ərdoğanın sərt çıxışı ilə bağlı isə "bu məsələ ilə bağlı heç bir fikir yürütməyəcəyəm, kimsə inciməsin" - deyə bildirib. Mihrimah Sultanı canlandıran Pelin Karahan isə "çox xoşbəxtəm ki, bu serialda rol almışam. Ümid edirəm ki, serial yarımçıq bitmək məcburiyyətində qalmaz" - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31