Azərbaycan Jerar Depardyeyə Azərbaycan pasportu vermək istəyir
20 Dekabr 2012 14:47 MədəniyyətFransanı tərk etməyə hazırlaşan məhşur kinoaktyor Jerar Depardye Azərbaycandan da təkliflər alıb. "OLAYLAR"ın məlumatına görə, Azərbaycan dünya şöhrətli aktyoru Azərbaycanda yaşamağa dəvət edib. Məlumata görə, Azərbaycan tərəfi bununla bağlı aktyorla danışıqlar aparır. Hökumət Jerar Depardieyə Azərbaycanın ümumvətəndaşlıq pasportunu veriləcəyi də deyilib. Xatırladaq ki, Jerar Depardye Fransa vətəndaşlığından imtina etmək istəyir, O yaşamaq üçün Belçika və Rusiyanı seçmək istədiyini bildirib. Rusiya prezidenti Vladimir Putin isə ona Rusiyaya gələcəyi halda vətəndaşlıq pasportu almasına kömək edəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31