Flora Kərimovadan rok dueti- VIDEO
19 Dekabr 2012 18:05 MədəniyyətXalq artisti Flora Kərimova gənc müğənni Ramal Rəsul ilə rok janrında duet ifa edib. Mahnının söz və musiqi müəllifi Tural Bakuvi "Qafqazinfo"ya açıqlamasında sözü gedən mahnının böyük maraq yaradacağına əmin olduğunu söyləyib:
"Mənə elə gəlir ki, alternativ etno rok janrında hazırladığımız "Bağışla" adlı mahnı Flora xanımın repertuarında ilk oldu. Flora xanım rok motivli aranjimana rahatca konsentrasiya olmaqla, təkrarolunmaz bir sənətkar olduğunu bir daha isbat etdi. Ramal və Flora xanım bu mahnıya klip də çəkdirmək niyyətindədirlər. Düşünürəm, bu mahnını dinləyənlər həqiqətən də fərqli bir duetin ərsəyə gəldiyinə şahid olacaqlar".
Qeyd edək ki, "Bağışla" adlı mahnı Flora Kərimova və Ramal Rəsulun ifasında səslənən ikinci duetdir. Bir müddət öncə Flora Kərimova və Ramal Rəsul söz və musiqisi Tural Bakuviyə aid "Sənin Kimi" mahnısını ifa etmişdilər.