Bəstəkarlar İttifaqı 9-cu qurultayını keçirib
20 Dekabr 2012 01:42 MədəniyyətDekabr ayının 14-dən 18-dək Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı keçirilib. Bildirilib ki, qurum 1934-cü ildə SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb və yarandığı vaxtdan ittifaqa Azərbaycanın tanınmış bəstəkarları rəhbərlik edib. Qurultayda Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrdən qonaqlar iştirak edib..
Dekabrın 18-də Bəstəkarlar İttifaqının IX qurultayının yekunlarına həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, Tatarıstan Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimulin, Ukrayna Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Mixail Şvet və digərləri çıxış edib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31