Kitabxanaların vəziyyəti müzakirə olunacaq
20 Dekabr 2012 00:59 MədəniyyətDekabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kitabxanaçılarının Ümumrespublika Müşavirəsi keçiriləcək. Nazirliyin məlumatına görə
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan kitabxana-informasiya müəssisələri, habelə tabeçiliyində kitabxanalar olan nazirliklər, komitələr, idarə və təşkilatların nümayəndələrinin, o cümlədən bir çox hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edəcək.
Tədbirdə respublikanın kitabxanalarında "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırması haqqında" Dövlət Proqramının icra məsələsi, son illər Azərbaycan kitabxanalarının əldə etdiyi nailiyyətlər, mövcud vəziyyət, problemlər və perspektivlər müzakirə olunacaq, bir sıra kitabxana rəhbər və işçilərinə Nazirliyin Fəxri fərmanları təqdim olunacaq. ("OLAYLAR"İA)