“Eurovision-2013”-ün təmsilçisi məlum oldu FOTO

İspaniyanın "Eurovision-2013" mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkəni bu müsabiqədə "ESDM - El Sueño De Morfeo" təmsil etmək şansını qazanıb. Bu barədə məlumat İspaniya "TVE" kanalının canlı efirində təsdiqlənib.
Qeyd edək ki, "ESDM - El Sueño De Morfeo" İspaniyada yetərincə məşhur qrupdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31