"Nuriyyə Kantar" vəfat etdi

Məşhur aktrisa Ləman Çıdamlı dünən axşam dünyasını dəyişib

Türkiyə mətbuatının məlumatına görə təxminən 6 ay ağciyər xərçəngindən əziyyət çəkən türk aktrisa Ləman Çıdamlı 80 yaşında dünyasını dəyişib. 1932-ci ildə anadan olan Çıdamlı "Qaynanalar" serialında canlandırdığı "Nuriyyə Kantar" obrazı ilə tanınırdı. Ləman Çıdamlı "Adını Feriha Koydum" serialında "Fəriha" rolunu canlandıran Ayşegül Çıdamlının anasıdır. Qeyd edək ki, Ayşəgül 10 gün əvvəl də həyat yoldaşını itirmişdi. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31