M.F.Axundzadə ilinə yekun vuruldu

Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən  elan edilən "Mirzə Fətəli Axundzadə ili"nə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə TÜRKSOY çərçivəsində "Mirzə Fətəli Axundzadə ili" ilə bağlı hazırlanan Tədbirlər Planına əsasən cari ilin 17 dekabr tarixində Türkiyənin Ankara şəhərində Türkiyə Milli Kitabxanasında, 18 dekabr tarixində isə İstanbulda Aydın Universitetində M.F.Axundzadəyə həsr olunmuş Simpozium keçirilib. Eləcə də və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeni istehsal etdiyi, M.F.Axundzadəyə həsr olunmuş "Sübhün səfiri" 2 seriyalı bədii filmin nümayiş olunaraq "Mirzə Fətəli Axundzadə ili"nin bağlanış mərasimi keçirilib. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31