“Eurovision”da saxtakarlıq – İddia

Rusiyanı "Eurovision - 2003"də təmsil edən T.A.T.U qrupunun keçmiş musiqiçisi Julia Volkova Türkiyəyə qarşı şok iddia irəli sürüb."Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Volkova iddia edib ki, müsabiqədə birinci yeri Rusiya tutsa da bu fakt gizlədilib."Sadəcə müsabiqədə Türkiyənin birini olması şərt idi, bu şərt də həyata keçirildi. Avropa Yayım birliyi (EBU) bir ildən sonra rəsmi məktub yazaraq "Eurovision"da bizim birinci olduğumuzu bildirdi. Guya İngiltərə və İsveçrənin səsləri yanlış sayılıb".Xatırladaq ki, Türkiyəni "Eurovision - 2003"də Sertab Erener təmsil edib. O, "Everyway that I can" mahnısıyla 163 səs toplayaraq Türkiyəni birinci edib.Belçika 165 səslə ikinci yeri, Rusiya isə 164 səslə üçüncü yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31