"Muhteşem yüzyıl"ı ərəblər aldılar
18 Dekabr 2012 18:40 MədəniyyətTürkiyənin ən populyar serialı "Muhteşem yüzyıl" postsovet məkanı ölkələri, Mərkəzi və Orta Asiya, habelə Balkan yarımadası ilə yanaşı, ərəb ölkələrində də sürətlə məşhurlaşmaqdadır. Milli.Az DHA-ya istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Airlines" aviaşirkəti 42 ölkədə 200 milyon insanın baxdığı "Muhteşem yüzyıl" serialının 12 seriyasını satın alıb.
Həmin seriyalar aivaşirkətin təyyarələrinin əyləncə sisteminə qoşulacaq və sərnişinlər də baxmaq istədikləri seriallar, proqramlar və filmlər arasında "Muhteşem yüzyıl"ı seçə biləcəklər.
Bu minvalla "Muhteşem yüzyıl" BƏƏ-nin "Emirates Airlines" aviaşirkətinin satın aldığı ilk türk serialı oldu.
Bu arada Əl Ərəbiyyə bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Fondu serialı tamamilə satın almaqla bağlı danışıqlar aparmaq istəyir.