İsveçrənin “Eurovision-2013” təmsilçisi məlum oldu
18 Dekabr 2012 19:24 Mədəniyyətİsveçrənin "Eurovision-2013" mahnı müsabiqəsində təmsilçiləri müəyyən olunub. SİA-nın eurovision.tv saytına istinadən verdiyi məlumata görə, ölkəni gələn ilin mayında İsveçdə keçiriləcək müsabiqədə "You and Me" adlı mahnısı ilə "Heilsarmee" qrupu təmsil edəcək.
Altı nəfərdən ibarət qrupun ən gənc üzvünün 20, ən qoca üzvünün isə 94 yaşı var. Bununla da isveçrəlilər bu il Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsində Rusiyanı təmsil edən "Buranovskiye babuşki" qrupunun yaş rekordunu qırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31