Şəbnəm Tapdıq gəlir mənbəyini açıqladı

Şəbnəm Tapdıq əmindir ki, çoxları onun gəlir mənbəyini bilmək istəyir. Bu barədə müğənni ANS telekanalının "İkinci həyat" verilişinə deyib.
"Mən adi adamlar kimi işləyirəm və maaş alıram. Sadəcə, iş yerimi demək istəmirəm. Bundan başqa, atam da mənə yardım edir. Çoxu bunu bilir, lakin yenə də təkrar edirəm. Heç bir toyda çıxış etmirəm, yalnız efirdə və konsertlərdə oxuyuram. Buna, sadəcə, ehtiyac duymuram", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31