Məşhur aktrisa 100 min dollarlıq buket hədiyyə etdi
Lindsyey Lohan Çarli Şinə bu cür təşəkkür etməyi lazım bilib
18 Dekabr 2012 19:05 MədəniyyətMəşhur aktrisa Lindsey Lohan Çarli Şinə 100 min dollar dəyərində buket verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ən qalmaqallı Hollivud aktrisası Lindsi Lohan Çarli Şinə üzrxahlıq üçün 100 min dollar qiyməti olan buket göndərib. Həmişə qalmaqallarıyla tanınan aktrisa Lohan Şinin nömrəsini itirdiyini desə də, əslində nömrəni itirmədiyi bildirilir.
Qeyd edək ki, Çarli və Lindsi "Qorxulu kino-5" filminin çəkilişləri zamanı bu ilin sentyabrında tanış olublar. Bir müddət birlikdə söhbət ediblər və söhbət zamanı Lindsinin xeyli borcu olduğu məlum olub.
Bundan təsirlənən Çarli dərhal ona 100 min dollar dəyərində çek verərək bütün borcalarını ödəməyi təklif edib. Lindsi onun alicənablığından mütəəssir olub və ona təşəkkür etməyi belə unudubmuş.