Məşhur aktyor serial çəkilişlərinə son qoyur

Ezel obrazıyla tanına aktyor Kənan İmirzalioğlu çəkiliş müddətinin çox olmasından şikayətçi olub

ANS tamaşaçılarının "Dəli Ürək" serialında Yusuf Miroğlu obrazıyla tanıdığı, daha sonra Azərbaycan tamaşaçısı tərəfindən "Ezel" serialında Ezel obrazıyla tanına aktyor Kənan İmirzalioğlu serial çəkilişlərinə son qoyacağını deyib. Hazırda "Karadayı" serialında Mahir Kara obrazını canlandıran aktyor çəkiliş müddətinin çox olmasından şikayətçi olub. "İş şərtləri dəyişilməsə serial çəkilişlərinə son qoymaq barədə fikirləşəcəyəm. 40 ölkəyə serial satılır. Artıq müddətlər azaldılmalı, keyfiyyət axtarışına gedilməlidir" - deyə aktyor öz etirazını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31