Azərbaycanlı müğənni bahalı üzüyündən danışdı
17 Dekabr 2012 16:42 MədəniyyətTanınmış müğənni Könül Kərimova bahalı zinət əşyalarından danışıb."Qafqazinfo"ya açıqlama verən müğənni bildirib ki, o daş-qaşa önəm verən bir deyil: "Mən daş-qaşa önəm verə bir deyiləm. Nəyə lazımıdır? Mən çox vaxtı məclislərə sadə aksesuarlardan istifadə edirəm. Əlbəttə, zinət əşyalarım var. Amma marağında deyiləm. Mənim üçün zinət əşyalarının qiymətinin də fərqi yoxdur, Xoşuma gələn olsa alıram".
Bizimlə söhbət zamanı zinət əşyalarına dəyər vermədiyin deyən xanım Kərimova barmağındakı bər-bəzəkli üzüyünün brilliat olduğunu təsdiqləyib: "Bu üzük əl işidir. Çox xoşuma gəlir, ona görə bundan istifadə edirəm. Üzüyün ortasında olan qara qaş sadədir. Amma qıraqlarına düzülmüş ağ-qaşların hamısı brilliantdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31