Fikrət Əmirovun oğlu: “Kim istəyir oxusun!”
17 Dekabr 2012 19:31 Mədəniyyət"Fikrət Əmirovun mahnılarını məndən başqa heç kəs oxuya bilməz"-deyib qadağa qoymaq gülməlidir və analoqu olmayan bir şeydir. Necə yəni, Fikrət Əmirovun mahnıları mənim mülkiyyətimdir? Vaxtilə oxumusan, lap yaxşı, indi də qoy başqaları oxusun".
Görkəmli bəstəkar Fikrət Əmirovun oğlu, tanınmış musiqiçi Cəmil Əmirov Publika.Az vasitəsilə xalq artisti İlhamə Quliyevanın "Fikrət Əmirovun əsərləri mənim mülkiyyətimdir, onları məndən başqa heç kim oxuya bilməz, əks halda, həmin adamları polisə verəcəyəm"-ittihamına cavab verib.
Bəstəkarın oğlu bu cür ittihamların əsassız olduğunu dilə gətirib: "Fikrət Əmirovun musiqiləri xalqa məxsusdur və kim istəsə oxuya bilər. Bu qadağa söhbəti çox gülməldir. Getsin, versin polisə, sonra nə? Hamı bu söhbətə sadəcə güləcək, vəssalam. Kim istəyir, atamın mahnılarını oxusun".