Ledi Qaqa yenə heyrətləndirdi

"The Rolling Stones" qrupu ABŞ və Britaniyada "50 və sonra" adlı konsert turu keçirib. Turun final şousunda səhnəyə Ron Vud, Keyt Riçards, Mik Caqqer Çarli Uottsla birlikdə ekstravaqant müğənni Ledi Qaqa da çıxıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, konsert turunun son şousu ABŞ-ın Nyu-Cersi ştatındakı Nyu-Ark şəhərində olub. 26 yaşlı Ledi Qaqa səhnədə Mik Caqqerlə birlikdə "Gimmi Shelter" mahnısını ifa edib. Oteldən çıxaraq konsertə yollananda Ledi Qaqa görkəmi ilə reporytorları yenə heyrətləndirib. Onun başında "Quzuların səssizliyi" filminin baş qəhrəmanı, adamyeyən Hannibal Lektor stilində qəfəs vardı. Müğənninin kreativ meneceri Nikola Formiçettinin dediyinə görə, bu qəfəs Ledi Qaqanın "əl işi"dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31