Bakıda qısametrajlı filmlər günü olacaq

Bakıda qısametrajlı filmlər günü olacaq. Dekabrın 21-də - ilin ən qısa günündə "Park Cinema" kinoteatrında qısa filmlər nümayiş etdiriləcək. Ekran işləri saat 19:00-da təqdim olunacaq. Biletlərin qiyməti 3 manatdır. Tamaşaçılara bir saat yarım müddətində qısametrajlı filmlərin zənginliyindən zövq almaq imkanı veriləcək. Dekabrın 21-i kinomanlar üçün yaradıcılıq və müxtəlifliklə dolu bayramsayağı bir görüş olacaq.

Qeyd edək ki, ən böyük kino ustaları və aktyorlar qısametrajlı filmlərdən başlayıblar. Qısametrajlı filmlər audiovizual sahəsində çalışan gənc istedadlar nəsli üçün əsil tramplindir. Bir qısametrajlı filmə baxmaq bəlkə də sabahın bir böyük kino ustasının maraqlı hekayəsini kəşf etməkdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31