Faiq Ağayev “ƏLVİDA” klipi çəkdirib
17 Dekabr 2012 19:14 MədəniyyətDekabrın 27-si 28-i 29-u və 30-u Heydər Əliyev adına sarayda "VİDA" adlı konsert verməyə hazırlaşan Xalq artisti Faiq Ağayev "ƏLVİDA" mahnısının klip çəkilişinə start verib.
"Azadinform" məlumatı 100% F.A-nın "Facebook" sosial şəbəkəsindəki səhifəsinə istinadən verir. Səhnəyə vida edəcəyi iddia edilən xalq artisti, konsertin və klipin adları ilə şübhələri daha da artırır. Sosial şəbəkələrdə fanatlar isə hislərinə hakim ola bilməyib "getmə" şüarları ilə sənətçini fikrindən daşındırmaq istəyirlər.
Qeyd edək ki, Xalq artistinin konserti ilə və deyilənlərin nə dərəcədə düz-olub-olmamasına 21 dekabr tarixində keçiriləcək mətbuat konfransında aydınlıq gətiriləcək. Həmin gün "ƏLVİDA" klipinin ilkin görüntülərinin nümayiş olunması nəzərdə tutulub. Klipdə Xalq artisti Faiq Ağayevin tərəf müqabili teleaparıcı Afaq Gəncəli, rejissoru Ülviyyə Könül, stilist Renat Ramazanov, qrim rəssamı isə Nigar İbrahimovadır.