Türk aktrisa serialdan qovuldu

Türkiyənin TRT1 telekanalında "Hər nikahın ikinci şansa haqqı var" sloqanı ilə nümayiş olunan "Böylə bitmesin" serialında dəyişiklik var.  Serialda Özlem rolunu oynayan Pınar Göktaş qovulub.
Milli.Az DHA-ya istinadən bildirir ki, Göktaşın serialdan kənarlaşdırılmasının səbəbi tamaşaçılardan gələn narazılıq və etiraz dolu zənglər, məktublar, mesajların sayının sürətlə artmasıdır.
Serialda aktyor Cemal Toptaşın oynadığı Yusuf ilə aktrisa Yeliz Kuvancının canlandırdığı Nazlı arasındakı münasibətləri pozmağa çalışan Ebru rolunu tamaşaçılar heç sevməyiblər.
Bu səbəbdən də prodüserlər Özlemin də həyatına "son qoymaq" qərarına gəliblər.

Göktaş əvvəllər "Ezel", "İstanbul altınları" və "Mələklər korusun" seriallarında oynamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31