Aysel Teymurzadə ana oldu
17 Dekabr 2012 10:52 Mədəniyyət"Eurovision" təmsilçimiz Aysel Teymurzadə ana olub. Publika.az-ın məlumatına görə, bir müddət əvvəl Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı quran gənc müğənni ötən gün dünyaya öğlan uşağı gətirib.
Onların izdivacı, ailə münasibətləri ictimaiyyətə açıq olmadığından, xəbər sürətlə yayılmayıb.
Qeyd edək ki, Adıgözəlzadə və Teymurzadənin ailəsində körpənin sevinc yaşanır. Yaradıcılığına fasilə verib, ailə münasibətlərini önə çəkən Aysel artıq övladının qayğısı ilə məşğul olacaq. Onun səhnəyə qayıdıb-qayıtmayacağı barədə isə dəqiq məlumat deyilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31