İlhamə Quliyeva yenə danışdı: "Oğruları tutun" - QALMAQAL

"...Oğurlayanları tutun". Milli.Az-ın məlumatına görə, türk dünyasının sənət kraliçası İlhamə Quliyeva ötən həftə baş tutan benefisinə polis formasında təbrikə gələn aktyor Rəhman Rəhmanovla maraqlı zarafat etdi və dediyi sözləri ilə əməllicə medianın diqqət mərkəzinə tuş gəldi:
"Polis, xahiş edirəm mannılarımı oğurlayanları tutun. Qoyma icazəsiz müəllif hüquqlarım pozulsun", - deyən sənətkar əməkdaşımızla söhbəti zamanı bu fikirlərində həqiqətin olduğunu bir daha təsdiqlədi:
"Bu mənim ilk şifahi xəbərdarlığım idi. Amma, görünür, mən, həqiqətən də, bu işə ciddi yanaşacağam. Bir daha təkrarlayıram ki, 50 illik səhnə fəaliyyətimdə müstəsna rol oynayan mahnılarım şəxsi mülkiyyətimdir və onlara heç kim toxuna bilməz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31