Polad Alemdar həyat yoldaşına sərvət hədiyyə etdi

Şaşmazın gəlinə bağışladığı qızıl-zinət əşyasının qiyməti 100 min dollardan çoxdur

Bir neçə gün əvvəl ailə həyatı quran aktyor Necati Şaşmazın həyat yoldaşına verdiyi hədiyyənin məbləği açıqlanıb. Məlumata görə, Şaşmaz gəlinə 20 000 dollarlıq brilyant üzük, 75 000 dollarlıq biləzik, qolbaq və sırğa dəsti, 10 000 dollarlıq "Cartier" saat bağışlayıb. Bundan başqa Necati Şaşmaz həyat yoldaşı üçün sürücü və avtomobil təsis edib. Avtomobilin hansı markadan olacağına Ngehan Kaşıkçı özü qərar verəcək.

Qeyd edək ki, bal ayını Hind okeanındakı Maldiv adalarında keçirən cütlük burda bir villada dincəlirlər. Cütlüyün bu villaya bir həftə üçün 30 000 dollar ödədiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31