İnstrumental ifaçılıq kafedrasının tələbələri I elmi-ifaçılıq konfransda
12 May 2017 09:59 MədəniyyətMədəniyyət və İncəsənət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Musiqi sənəti fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələrin iştirakı ilə I elmi-ifaçılıq konfransı keçirilib.
Universitetdən "Olaylar" - a bildirlib ki, Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Ellada Hüseynova öz çıxışında konfransın Universitetimizdə ilk dəfə keçirildiyini və əsas məqsədin repertuara daxil olan əsərləri nəzəri baxımdan təhlil etmək bacarığını aşılamaq, bəstəkar yaradıcılığı, mənsub olduğu tarixi dövr haqqında məlumat əldə olunmasıdır. Tədris işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Elm və yaradıcılıq işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Əlizadə də konfransın tələbələrin yaradıcı-estetik zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
İnstrumental ifaçılıq kafedrasının I kurs tələbələri bir çox əsərləri əsərinin obrazlı təhlilini aparıblar. Konfransın ikinci hissəsində II kurs tələbələri çıxış ediblər.
Qeyd edək ki, konfransda ən maraqlı məqalələri ilə seçilmiş tələbələr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qala konsertdə çıxış edəcəklər.