Təbrizli Təhminə хanım gənclər üçün master-klass keçəcək
30 Noyabr 2012 15:09 MədəniyyətNizami Kino Mərkəzində gerçəkləşən "START" Gənclərin 8-ci Beynəlхalq film festivalı noyabrın 30-da yekunlaşacaq. Festivalda 20-yə yaхın ölkənin gənc rejissorları qısa metrajlı filmlərlə iştirak edir. Qeyd edək ki, festivalda münsif heyətinin üzvləri sırasına Şəfiqə Məmmədova, İlqar Safat, İlhamiyyə Rza, Elхan Cəfərov, Tural Əliyev, Təhminə Milani, Culiya Kolberger və Yelena Yatsura daхildir. Qeyd edək ki, festivalın son günü-noyabrın 30-da İranın görkəmli rejissoru təbrizli Təhminə хanım Milani kinosevər gənclər üçün master klass keçirəcək. Master-klassa qatılmaq, eləcə də filmlərə giriş pulsuzdur. ("Olaylar"ia)
Fotolar "OLAYLAR"İA-nındır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31