Tarkan Bakıya gələsi olmadı
30 Noyabr 2012 15:01 MədəniyyətTürkiyənin məşhur müğənnisi Tarkanın dekabr ayında Azərbaycana gəlməsi gözlənilsə də, səfər gələn ay baş tutmayacaq. Bu barədə AzNews.az-a təşkilatçı Nahid Emiloğlu məlumat verib. O bildirib ki, Tarkanın Azərbaycana gəlişi yanvar ayına qədər təxirə salınıb: "Tarkanın da, mənim də işimiz çox olduğuna görə, vaxtla bağlı işlərimizi yekunlaşdıra bilmirik".
Qeyd edək ki, konsert zamanı Tarkan sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan "Nigaranam" mahnısını və sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan mahnıları təqdim edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31