Xalq artisti dəm qazından zəhərləndi

Rafiq Əzimovu həyat yoldaşı xilas edib

Bu gün səhər saatlarında yuyunmaq üçün hamama girən Xalq Artistini yarım saat sonra vanna otağında huşsuz vəziyyətdə tapıblar. Bu barədə Kulis.az-a xalq aktyor özü məlumat verib: "Xəstəxanadayam, Allah istəyib ki, həyat yoldaşım evdə olub. Görüb ki, vanna otağından su şırıltısı eşidilmir, gəlib qapını güc tətbiq etməklə açıb. Mən də huşsuz halda qalmışam hamamda. Dəm qazından olub. İndi Mərkəzi Gömrük hospitalındayam. Nisbətən özümü yaxşı hiss edirəm, amma həkim dedi ki, hələlik bir-neçə gün burda qalmalıyam, çünki müxtəlif analizlər götürülüb, onların cavabından məlum olacaq ki, qanımda zəhərlənmə var, ya yox".
Xatırladaq ki, Rafik Əzimov Milli Dram Teatrının aktyorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31