Türkiyənin super starı Azərbaycana gəlir

Bu xəbər çoxlarını sevindirəcək.  Milli.Az xəbər verir ki, Türkiyənin super starı Ajda Pekkanın növbəti dəfə Azərbaycana gələcəyi haqqında xəbərlər yayıldı.
Verilən məlumatlarda xanım Pekkanın dekabrın ikinci ongünlüyündə paytaxtımıza yox, İstanbuldan birbaşa Gəncə şəhərinə gedəcəyi deyilir.
Səfərin məqsədi və detalları açıqlanmır.
Ehtimallara görə, Ajda Pekkan Azərbaycanın ikinci böyük şəhərində xalq konserti ilə çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31