Timati “Davay do svidaniya” deyərkən səsi batdı
30 Noyabr 2012 12:10 MədəniyyətMəşhur rusiyalı reper Timati "Davay do svidaniya" adlı solo konsert verib.
"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, reper müğənni Qriqori Lepslə verdiyi konserti səhnədə olmasının 10 illiyinə həsr etdiyini bildirib. Timati etiraf edib ki, konsertə yarım saat qalmış onu təxirə salmaq istəyib. Belə ki, reper səsində yaranan problemlə bağlı səhnəyə çıxmaq istəməyib. Lakin tamaşaçıları intizarda qoymaq istəmədiyini deyən reper səhnəyə çıxaraq 2 saat məşhur hitlərini səsləndirib.
Qeyd edək ki, konsertin adı təsadüfən seçilməyib. Bu məşhur deyim azərbaycanlı meyxanaçılar Rüstəmovlar qardaşlarının ifalarında səslənən meyxanadan sonra populyarlıq qazanıb. Daha sonra isə Timati eyniadlı meyxanaya Azərbaycan elementlərinin əks olunduğu klip çəkdirmişdi.