Rəqqasə Fatimə evliliyindən danışıb
30 Noyabr 2012 12:08 MədəniyyətRəqqasə Fatimə həyatından narazıdır. Publika.az-ın ATV kanalına istinadən verdiyi məlumata görə, rəqqasə kanalın "Gün keçir" proqramında peşman olduğunu deyib. O, bildirib ki, çox erkən yaşda ərə gedib, indi isə buna görə peşmandır: "Keçmiş ərim məndən yaşca böyük idi, lakin bunun mənim üçün heç bir əhəmiyyəti yox idi.
O deyirdi ki, biz həmişə birlikdə olacağıq, amma bu həqiqət deyilmiş. Yəqin ki, onun ailəsi indi mənim sözlərimi eşidir. Demək istəyirəm ki, onlar məni çox incidirdilər, buna sadəcə olaraq dözə bilmədim. İstəmirəm ki, səhvimi qızım da təkrarlasın. Buna görə, ilk növbədə mən ona təhsil verəcəyəm. Demirəm ki, mənim nikahımın uğursuz alınmağının səbəbkarı valideynlərim idi. Onlar təhsilli insanlardır, lakin məni çox dəcəl böyüdüblər, nə istəsəm, edirdilər. Buna görə hesab edirəm ki, valideynlər uşaqların kaprizlərinə yol verməməlidirlər".