Məşhur aktyor sərxoş halda qəza törətdi

Məşhur fransız aktyoru Jerar Depardye motosikletlə qəza törədib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktyor qəzaya ötən gün Paris küçələrindən birində uğrayıb.
Sərxoş halda motosikleti idarə edən 63 yaşlı aktyorun bu ilkqəzası deyil. Verilən məlumata görə, qəza nəticəsində nə aktyor, nə digər sürücülər , nə də piyadalar arasında xəsarət alan olmayıb.
Ekpertiza nəticələrinə görə, Depardyenin qanında alkoqolun miqdarının normadan artıq olduğu məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31