Azərbaycanlı müğənni kökəlib

Amma bu heç də onu depressiyaya salmır

Milli.Az-ın məlumatına görə, populyar estrada müğənnisi Sevda Yahyayeva artıq çəkidən əziyyət çəkməsini etiraf edib.Son həftələr qatıldığı tədbirlərdə iştirakı zamanı fotolarının çəkilməsinə daha diqqətlə yanaşan müğənni bunu sırf kökəlməsi ilə əlaqələndirir: "İndiki və bundan əvvəlki çəkimi söyləmək kimi niyyətim yoxdur (gülür).Azca kökəldiyimi etiraf edirəm. Çəkim 3 kq çoxalıb. Bu, məni depressiyaya salmasa da, xoş təsir də bağışlamır.
Ona görə də pəhrizdəyəm, idmanla məşğul olmaq üçün daha çox vaxt ayırıram. Yəqin ki dekabrın ortalarında arzuladığım çəkiyə qayıdayaram"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31