"Məni tanımadığım oğlana ərə verdilər"

Mən həyat yoldaşımı özüm seçməmişəm. 
Milli.Az xəbər verir ki, bu barədə müğənni Nazpəri Dostəliyeva Day.Az saytına müsahibəsində bildirib.
"Mən 6-cı sinifdə oxuyanda, bir dəfə dərsdən evə qayıdanda gördüm ki, evimizin qarşısında maşınlar dayandılar, əlində xonça olan qadınlar çıxdılar. Mən hətta oğlanı görməmişdim, lakin o məni görmüşdü. O, xalamın evində kirayədə qalırdı, universitetdə oxuyurdu. Normal ailələri var idi, lakin deyə bilmərəm ki, varlı idi. Sadə kəndli oğlan idi", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31