Onlar mükafatlandırıldı
11 Mart 2017 09:38 Mədəniyyət10 mart Milli Teatr Günü ilə əlaqədar Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq Artisti, Prezident Təqaüdçüsü Vaqif Əsədov "Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı, teatrın gənc və istedadlı aktyoru Elnur Hüseynov isə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif ediliblər.
Bundan başqa, Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları, Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı və aktrisa Sona Babayeva "uzun illər milli teatrın inkişafında əvəzsiz xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına və yubileyləri münasibətilə" Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif olunublar.
Teatrın istedadlı aktrisası Dilarə Fərəcullayeva isə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomu ilə təltif olunub.