Anmarinin "Sarı gəlin"-i VIDEO

Azərbaycan folklorunun zənginliyi heç kimə sirr deyil. İctimai televiziya folklor nümunələrimizə, adət ən-ənələrimizə öz efirində həmişə verir. Bu mövzuya başqalarından daha çox yer ayırmaqla yox,  bu seçimə xüsusi diqqət və qayğıyla yanaşmaqla.  Bu günlərdə "Carçı" film yaradıcılıq birliyində  istehsal olma daha bir klip nümayiş etdirildi.  "Sarı gəlin".  Hamımızın sevə-sevə dinlədiyimiz xalq mahnısı Euroviziyon 2012-nin təmsilçisi Latviyalı müğənni Anmarinin ifasında.  İlk öncə diqqətimi çəkən əcnəbi müğənni oldu. Bu mahni son zamanlar mənfur qonşularımızın "hücumları"na daha məruz qalıb. Bu dəfə isə tamam ayrı bir millətin bizim xalq mahnisina ekran həyatıverdi . Tamam başqa amplua.  Və ifadakı yanğı.  Birinci dəfə idi ki, bu mahnı xarici ifada məni çox təsirləndirdi, mənə bu qədər doğma gəldi.  Tək ona görə yox ki ifa özünə-məxsus bir formada təqdim olunurdu.  Birinci dəfə idi ki bu mahnı bizi birləşdirirdi.  Bəli məhz birləşdirirdi. Çünki "Sarı gəlin" də sonu görünməyən bir ayrılıq var, həsrət var, ağrı-acı var.  Bu mahnı sadəcə iki aşiqin ayrılığından bəhs etmir.  Bu mahnı böyük bir xalqın ağrı acılarından bəhs edir. Belə hallar az olmayıb tariximizdə. Bir zamanlar Təbrizi, Dərbəndi, İrəvanı, Borçalısı olan boyük bir dövlətin bu gün Qarabağ böyüklükdə dərdi, nisgili var sadəcə. Amma bu dərd də "Sarı gəlin"-lə müqayisəyə gələ bilməz. Cünki bu ayrılıq sadəcə ərazi ayrılığıydı bizim ücün. Amma "Sarı gəlin"-dəki ayrılıq dünyamızın ayrılmağıydı. Əqidəmizin bölünməyi idi, iman ayrılığıydı. İslam Azərbaycanda birdən birə bərqərar olmadığı ücün yeni yaranan müsəlman dünyasını qəbul etməyən xristian dünyagörüşü doğurmuşdu bu mahnını. İki dünya qarşı qarşıya qalmışdı bu mahnı yarananda. Bu gün bir coxlarına anlaşılmaz gəlsə də, əsrlər boyu formalaşan bir mədəniyyət, birdən birə inkar olunur, adət-ənənələr yasaq olur, yəni hər şey itirilir. Bu da bizim tariximizin bir səhifəsidir. Bəlkə də bir kitabı, bəlkə də bir toplusu, külliyatı və nəhayətdə itirilmiş, unudulmuş keçmişdir. Amma bu gün İctimai televiziya 3-4 dəqiqəlik bir kliplə bu keçmişə sanki işıq saldı və bu mahnı tarixində ilk dəfə iki xalqı, iki dünyanı hərtərəfli birləşdirdi. "Sarı gəlin" (Azərbaycan xalq mahnısı), Anmari (Latviya). Anmari "Sarı gəlini"-ylə bizimlə doğmalaşdı, bizlərdən biri oldu sanki. Bu tək İctimai Televiziyanın deyil Azərbaycan mədəniyyətinin uğurudur və İctimai Televizya özünəməxsus tərzdə sadəcə olaraq, "Sarı gəlin"-ə möhür vurdu, vəssalam.

AZƏRBAYCAN XALQ MAHNISI!     

Flora  Kərimova,
Respublikanın xalq artisti
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31