Sevgilisi klipinə çəkilmək istəmədi... VIDEO

Eyni klipə çəkilmək arzusu reallaşmasa da, Elvin bu mahnını ona həsr edib

Yaraşıqlı müğənni Elvin Abbasov sayca üçüncü klipini təqdim edib. Daha öncə yayılan xəbərlərə görə, "Sevgilim" adlanan bu klipdə Elvinin sevdiyi xanım çəkilməli idi. Müğənni ANS PRESS-ə açıqlamasında sevgilisinin son anda klipə çəkilməkdən imtina etdiyini bildirdi: "Düzdür, daha öncə klipə sevdiyim xanımla çəkilmək istəyirdim. Lakin bəzi səbəbdən bu istəyim baş tutmadı. O, çəkilmək istəmədi... Buna baxmayaraq yeni klipimə baxan hər kəs mənə klipdə çəkilmiş xanımın kimliyini soruşur. Hər kəs həmin xanımın sevgilim olduğunu düşünür. Əfsuslar olsun ki, bu belə deyil."
Sevgilisi ilə eyni klipə çəkilmək arzusu həyata keçməsə də, Elvin bu mahnını həmin xanıma həsr edib.
Qeyd edək ki, "Sevgilim" mahnısının musiqisi Aybəniz Güllərə, sözləri Gülər Qəmliyə məxsusdur. Klipi rejissor İlkin İmanov ekranlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31