Küveytin Mədəniyyət Günləri davam edir

Hüseyn Əli əl-Yuha: “Azərbaycan və Küveyt arasındakı mədəni əlaqələr yüksək səviyyədədir”

Mənsur Cəfərov "OLAYLAR İA". Noyabrın 27-dən dekabrın 1-dək Azərbaycanda Küveyt dövlətinin Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar tanınmış fotoqraf  Həmid əl-Əmirinin fotolarından ibarət sərgi keçirilib. Küveyt mədəniyyətinə həsr edilmiş fotosərgidə Küveyt İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli əl-Yuhanın rəhbərlik etdiyi 17 nəfərdən ibarət nümayəndə heyəti iştirak ediblər. Bundan başqa sərgiyə Azərbaycan Rəssamlıq Akademiyasının müəllim-professor heyəti, Misir, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı və digər xarici ölkə səfirliklərinin nümayəndələri qatılıblar. KİV-ə açıqlama verən KİƏMŞ-in baş katibi Hüseyn Əli əl-Yuhanın sözlərinə görə bundan sonra Azərbaycan və Küveyt arasında mədəni əlaqələr daha da inkişaf edəcək: "İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar Küveyt və Azərbaycan arasında müqavilə imzalandı. Bütün bunlar iki ölkə əlaqələrinin yüksək göstəricisidir". Daha sonra Küveyt milli mədəniyyətini əks etdirən foto şəkillərə baxış keçirildi. Qeyd edək ki, sərgini Azərbaycan və Küveytdən olan çoxlu sayda KİV nümayəndələri işıqlandırırdı. (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31